6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

"The Economist": "Ukrayna üç ildən sonra ilk dəfə cəbhədə təşəbbüsü öz əlinə almağa başlayıb"

12-may-2026
"The Economist": "Ukrayna üç ildən sonra ilk dəfə cəbhədə təşəbbüsü öz əlinə almağa başlayıb"
Yazı Ölçüsü:

Ukrayna üç ildən sonra ilk dəfə cəbhədə təşəbbüsü öz əlinə almağa başlayıb.

"PostMedia" xəbər verir ki, bu barədə "The Economist" məlumat paylaşıb.

Məqalədə qeyd olunur ki, Volodymyr Zelenskyy tərəfindən mayın 9-da Moskvada Qırmızı meydanda keçiriləcək parad üçün “icazə” verilməsi təkcə istehza deyil, həm də döyüş meydanında dəyişən qüvvələr balansının göstəricisi kimi qiymətləndirilə bilər.

Nəşrin fikrincə, Rusiya ordusu ənənəvi yaz hücumuna başlamaq əlamətləri göstərmir. Əksinə, artıq ikinci aydır ki, rus qüvvələrinin müəyyən ərazilərdə geri çəkildiyi müşahidə olunur.

"The Economist" hesab edir ki, təxminən üç ildən sonra ilk dəfə müharibədə üstünlük Ukrayna tərəfinə keçir.

Məqalədə bildirilir ki, Ukrayna çox ağır qışı geridə qoyaraq vəziyyəti öz xeyrinə dəyişə bilib. Qış boyunca şəhərlər və enerji infrastrukturu demək olar ki, hər gecə pilotsuz uçuş aparatları və raket hücumlarına məruz qalırdı. İndi isə həm cəbhədə, həm də arxa infrastruktur baxımından itkilərin artdığı tərəf getdikcə daha çox Rusiya olur.

“Belə görünür ki, müharibədə dönüş nöqtəsi yetişir. Əgər rusların səyləri nəticə verməsə, bəzi istiqamətlərdə onların mövqelərinin çökməsinə təəccüblənmərəm”-bunu isə Lavrens Fridmən "The Economist"ə açıqlamasında bildirib.

Nəşr yazır ki, cəbhədə nəticələrin zəif olmasının əsas səbəblərindən biri Ukrayna Silahlı Qüvvələrinin qurduğu “dron divarıdır”. Bu sistem itkilərin ənənəvi nisbətini dəyişib. Əvvəlki münaqişələrdə bir ölən hərbçiyə qarşı adətən 2-3 yaralı düşürdüsə, indi, Zelenskinin sözlərinə görə, bir yaralıya qarşı Rusiya təxminən iki ölü verir.

"Fridmənın fikrincə, “rus əsgərlərinin stoikliyi və fatalizmi artıq tükənmək üzrədir”.

Vaşinqtondakı "Center for Strategic and International Studies" təşkilatının baş analitiki Set Cons bildirib ki, hazırda cəbhədə rus hərbçilərinin itkilərinin 80%-ə qədəri məhz dron zərbələrinin payına düşür. Onun sözlərinə görə, yaralıların təxliyəsi də demək olar ki, mümkünsüz hala gəlib.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031