6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ Avropaya ballistik raketlərlə təchiz olunmuş strateji sualtı qayıq göndərir

12-may-2026, 10:35
ABŞ Avropaya ballistik raketlərlə təchiz olunmuş strateji sualtı qayıq göndərir
Yazı Ölçüsü:

ABŞ Hərbi Dəniz Qüvvələrinin qitələrarası ballistik raketlərlə silahlanmış “Ohio” sinifli strateji nüvə sualtı qayığı Cəbəllütariq limanına daxil olub.

"PostMedia" xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı Donanması məlumat yayıb.

Məlumata görə, sualtı qayığın limana səfəri ABŞ-nin imkanlarını, çevikliyini və NATO müttəfiqlərinə sarsılmaz sadiqliyini nümayiş etdirir. Sualtı qayıq mayın 10-da Cəbəllütariqə çatıb.

6-cı Donanma bildirib ki, sualtı qayıqlardan buraxılan “Ohio” sinifli ballistik raketlər ABŞ-nin nüvə triadasının ən dayanıqlı və effektiv komponentlərindən biridir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin arsenalında olan 14 “Ohio” sinifli strateji sualtı qayığın hər biri fərdi hədəflənən çoxsaylı döyüş başlıqları ilə təchiz edilmiş 20 ədəd "Trident II D5" ballistik raketi daşıya bilir.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930