6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Uşakov: "Ermənistan hakimiyyəti “iki stulda oturmağa” çalışır"

07-may-2026, 18:35
Uşakov: "Ermənistan hakimiyyəti “iki stulda oturmağa” çalışır"
Yazı Ölçüsü:

Ermənistan hakimiyyəti “iki stulda oturmağa” çalışır və bu yanaşma ikitərəfli münasibətlərə ziyan vurur.

"PostMedia" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Təəssüf ki, İrəvanda hələ də, necə deyərlər, iki stulda oturma siyasətini izləməyə çalışırlar. Bu cür mövqe nə qədər davam edə bilər, bilmirəm. Amma bu, əlbəttə ki, Rusiya və Ermənistan üçün faydalı olan ikitərəfli münasibətlərin inkişafına zərər vurur”, — Uşakov bildirib.

Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq daha çox Ermənistana fayda verir, xüsusilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əlaqələr sayəsində ölkənin iqtisadi inkişafı üçün əlverişli şərait yaranıb.

Uşakov həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan aprel ayının əvvəlində Moskvada “ciddi danışıqlar aparıblar və bütün məsələlər yerinə qoyulub”.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930