Keniyanın xarici işlər naziri Musaliya Mudavadi bildirib ki, Ukrayna cəbhəsində döyüşlər zamanı ölkənin 19 vətəndaşı həlak olub, daha 32 nəfər isə itkin düşmüş hesab olunur.
"PostMedia" xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.
Senat komitəsinin iclasında çıxış edən Musaliya Mudavadi bildirib ki, Rusiya ordusuna qoşulan keniyalıların sayı əvvəlki 250 nəfərdən artaraq 291 nəfərə çatıb.
Ölkənin xüsusi xidmət orqanları bu rəqəmi daha yüksək qiymətləndirərək ehtimal edir ki, Rusiya silahlı qüvvələrinə 1000-dən çox keniyalı cəlb olunub.
“Rusiyanın xüsusi bölmələrinə qoşulanlarla bağlı yeni detallar ortaya çıxıb”, - deyə Mudavadi Senata bildirib və əlavə edib ki, hazırda Keniyanın 53 yeni çağırılmış vətəndaşı vətənə qaytarılıb.
“Rusiyada öldüyü ehtimal edilən 19 keniyalımız var. Hazırda 32 itkin düşən şəxslə bağlı məlumatımız da var”, — deyə o bildirib.
Mudavadinin sözlərinə görə, daha iki keniyalı Ukraynada əsirlikdədir.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
