Bu həftə onlarla Avropa lideri İrəvanda keçirilən Avropa Siyasi Biliyinin Sammiti üçün bir araya gəlib. Lakin xüsusilə Fransa prezidenti Emmanuel Makron diqqət mərkəzində olub və fürsətdən istifadə edərək Ermənistan ilə Avropa münasibətlərində “yeni dövrün” başladığını elan edib.
"PostMedia" xəbər verir ki, bu barədə "Euronews" yazır.
Bazar günü axşam saatlarında İrəvana çatan Makron qəhrəman kimi qarşılanıb. Ermənilər Fransanın dəstəyi ilə qitə ilə yaxınlaşmanın tarixi anını qeyd edirdilər. Bu, Rusiyanın təsir dairəsində keçən onilliklərdən sonra baş verirdi.
Avropa Siyasi Biliyinin Sammiti Makronun təşəbbüsüdür. Rusiya və Belarus istisna olmaqla bütün Avropa dövlətlərini birləşdirən bu sərbəst birlik məhz onun tərəfindən 2022-ci ildə, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra yaradılıb.
Həmin vaxtdan etibarən birlik ildə iki dəfə liderlər səviyyəsində görüşlər keçirir və bu həftə İrəvanda baş tutan sammit Cənubi Qafqazda keçirilən ilk tədbir olub.
Makron fürsətdən istifadə edərək Ermənistanın keçmişlə qırılmasını alqışlayıb və bildirib ki, Ermənistan şüurlu şəkildə “İslandiyadan Qafqaza qədər” Avropaya aparan yolu seçib.
Makronun xaricdəki nüfuzu ölkə daxilində malik olduğu son dərəcə aşağı dəstəklə kəskin ziddiyyət təşkil edir. "YouGov2un 2026-cı ilin yanvar məlumatlarına görə, Fransada sorğuda iştirak edənlərin yalnız 16%-i Fransa prezidenti haqqında müsbət fikir bildirib.
"Ifop"un yanvar məlumatlarına əsasən isə cüzi artım müşahidə olunub: onun reytinqi həmin ay keçirilən iki sorğu dalğası arasında 17%-dən 23%-ə yüksəlib. Buna baxmayaraq, göstərici tarixi baxımdan hələ də çox aşağı səviyyədə qalır.