6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

NATO dağılır - keçmiş baş katib

08-may-2026, 23:41
NATO dağılır - keçmiş baş katib
Yazı Ölçüsü:

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Avropanı yeni müdafiə ittifaqı yaratmağa çağırıb.

"PostMedia" xəbər verir ki, bunu Rasmussen WELT nəşrinə müsahibəsində bildirib.

“Hazırda gördüyümüz şey NATO-nun dağılmasıdır. Biz öz ayaqlarımız üzərində dayanmalı və qitəmizi müstəqil şəkildə müdafiə etməyə qadir olmalıyıq”.

Onun sözlərinə görə, Avropaya yeni müdafiə proqramları və yeni hərbi imkanlar lazımdır. Gələcək təhlükəsizlik arxitekturasına Ukrayna da daimi iştirakçı kimi daxil edilməlidir. Rasmussen vurğulayıb ki, “Ukrayna yeni silah və sursatları nə qədər sürətlə hazırlayır” və belə nəticəyə gəlib: “Rusiya qarşısında sipər kimi bizə Ukrayna lazımdır.”

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031