6°C Bakı
1$ = 1.70₼
Dünya

Tramp Avropa Birliyini kəskin tarif artımı ilə hədələyib

08-may-2026
Tramp Avropa Birliyini kəskin tarif artımı ilə hədələyib
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqını tariflərin kəskin artırılması ilə hədələyib.

"PostMedia" xəəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

ABŞ prezidentinin sözlərinə görə, o, Avropa Komissiyasının sədri Ursula von der Leyen ilə “əla” telefon danışığı aparıb.

“Biz bir çox mövzunu müzakirə etdik, o cümlədən İranın heç vaxt nüvə silahı əldə etməməsi məsələsində tam vahid mövqedə olduğumuzu qeyd etdik. Biz razıyıq ki, öz xalqını öldürən rejim milyonlarla insanı məhv edə biləcək bombaya nəzarət edə bilməz.

Mən səbirli şəkildə gözlədim ki, Avropa İttifaqı Şotlandiyanın Turnberi şəhərində bağladığımız tarixi ticarət sazişi üzrə öz öhdəliyini yerinə yetirsin. Bu, tarixdəki ən böyük ticarət sazişidir. Vəd verilmişdi ki, Aİ razılaşmanın öz hissəsini icra edəcək və razılaşdırıldığı kimi tariflərini SIFIRA endirəcək. Mən onlara ölkəmizin 250 illiyi münasibətilə müəyyən vaxta qədər möhlət verməyə razılaşdım. Əks halda isə, təəssüf ki, onların tarifləri dərhal daha yüksək səviyyəyə qaldırılacaq”, – deyə Tramp yazıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930