Əgər İran İslam Respublikası ABŞ-nin şərtləri ilə razılaşmasa bu ölkənin bombalanması daha böyük güclə yenidən başlayacaq.
"PostMedia" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp mayın 6-da bildirib.
"Ağ Ev"in rəhbərinin sözlərinə görə, tərəflər arasında razılaşma əldə olunacağı halda yüksək effektivliyə malik “blokada” Hörmüz boğazının bütün dövlətlər, o cümlədən İran üçün açıq qalmasına imkan verəcək.
“Əgər onlar razılaşmasalar, bombardmanlar başlayacaq və təəssüf ki, bu, əvvəlkindən daha yüksək səviyyədə və daha intensiv olacaq,” – amerikalı lider Truth Social sosial şəbəkəsində yazıb.