Vaşinqton Tehranı Yaxın Şərqdə ən böyük təhlükə hesab edir.
”PostMedia” xəbər verir ki, bu “Ağ Ev” tərəfindən dərc edilən ABŞ-nin yenilənmiş terrorizmə qarşı mübarizə strategiyasında qeyd edilib.
Sənəddə deyilir ki, "Yaxın Şərqdən ABŞ üçün ən böyük təhlükə İranın özündən gəlir, birbaşa nüvə və raket potensialı, dolayı yolla isə Hizbullah da daxil olmaqla terrorçu tərəfdarlarına milyardlarla dollar ötürməsi şəklində".
Həmçinin bildirilir ki, ABŞ prezidenti Donald Trampın "qətiyyətli hərəkətləri" "Tehran rejimi ABŞ-a təhdid yaratmağı dayandırana qədər davam edəcək".
Strategiyada qeyd olunur ki, ümumi terror təhlükəsi dəyişib və ölkə üç əsas terror növü ilə üzləşir: "narko-terrorçular və transmilli qruplar, ənənəvi islamçı terrorçular və radikal solçu ekstremistlər".
Sənəddə vurğulanır ki, "Biz bu qrupların hər biri ilə qarşılaşa bilərik, lakin təhlükə əhəmiyyətli və geniş yayılmışdır".
Bundan əlavə, strategiyaya əsasən, Avropa ölkələri "terrorizmə qarşı mübarizədə ABŞ-ın aparıcı və uzunmüddətli tərəfdaşları" olaraq qalır.
Eyni zamanda, Vaşinqtonun fikrincə, "varlı NATO müttəfiqlərinin terrorçular üçün maliyyə, logistika və cəlbetmə mərkəzləri kimi xidmət etməsi qəbuledilməzdir".
Mətndə qeyd edildiyi kimi, Avropa "ciddi təhlükə altındadır və həm terrorçuların hədəfi, həm də terror təhdidlərinin mərkəzidir".
Bu baxımdan, Vaşinqton Avropa ölkələrini "terrorizmə qarşı mübarizə səylərini dərhal və əhəmiyyətli dərəcədə gücləndirməyə" çağırır.