6°C Bakı
1$ = 1.70₼
Dünya

ABŞ İranla münaqişənin başa çatması barədə memorandumun tezliklə imzalanacağına inanır - "Axios"

06-may-2026
ABŞ İranla münaqişənin başa çatması barədə memorandumun tezliklə imzalanacağına inanır - "Axios"
Yazı Ölçüsü:

"Ağ Ev" hesab edir ki, ABŞ və İran yaxın vaxtlarda münaqişənin başa çatması ilə bağlı memorandum imzalaya bilər.

"PostMedia" xəbər verir ki, bu barədə Axios portalı amerikalı mənbələrə istinadən məlumat yayıb.

“Axios" amerikalı rəsmilərə və məlumatlı mənbələrə istinadla yazır ki, "Ağ Ev" İranla qarşılıqlı anlaşma memorandumu imzalamağa yaxın olduqlarını düşünür. Bu sənəd müharibəni dayandırmağa və daha ətraflı danışıqlar üçün əsas yaratmağa yönəlib.

Eyni zamanda, mənbələr qeyd ediblər ki, hələlik heç nə imzalanmayıb, lakin tərəflər münaqişənin başlanğıcından bəri razılaşmaya ən yaxın mərhələdədirlər.

Portalın məlumatına görə, memorandumun hazırkı variantı münaqişənin başa çatması, 30 günlük danışıqlar dövrü, Tehranın nüvə proqramı, ABŞ sanksiyalarının ləğvi və Hörmüz boğazının açılması ilə bağlı müddəaları əhatə edir.

Mənbələr həmçinin bildiriblər ki, ABŞ və İran arasında danışıqlar Cenevrədə və ya İslamabadda keçirilə bilər.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930