6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Donald Trampın ittihamlarına Roma Papası XIV Leo cavab verib

06-may-2026
Donald Trampın ittihamlarına Roma Papası XIV Leo cavab verib
Yazı Ölçüsü:

Roma Papası XIV Leo tənqidlərə baxmayaraq sülh çağırışlarını davam etdirəcəyini bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

“Kilsənin missiyası "İncil"i təbliğ etmək, sülhü yaymaqdır. Əgər kimsə buna görə məni tənqid etmək istəyirsə... Mən sadəcə ümid edirəm ki, Allahın sözlərinin dəyərinə görə məni dinləyəcəklər”, – deyə Papa bildirib.

Daha əvvəl Donald Tramp konservativ radio aparıcısı Hugh Hewitt-ə müsahibəsində Roma Papasının “bir çox katoliki və insanı təhlükəyə atdığını” demişdi. Onun sözlərinə görə, Papa “İranın nüvə silahına sahib olmasını normal hesab edir”.

Qeyd edək ki, Roma Papası İranın nüvə silahı əldə etməsini dəstəklədiyini heç vaxt bildirməyib.

Bundan əvvəl Antonio Tajani də ABŞ prezidentinin bu ittihamlarına reaksiya verərək onları qəbuledilməz adlandırmış və belə bəyanatların sülhə xidmət etmədiyini vurğulamışdı.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031