6°C Bakı
1$ = 1.70₼
Dünya

Tramp: "İran nə etməməli olduğunu bilir"

05-may-2026
Tramp: "İran nə etməməli olduğunu bilir"
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı "Oval kabinet"də çıxışı zamanı İranın hərbi potensialı ilə bağlı iddiaları təkzib edib.

"PostMedia" xəbər verir ki, ona atəşkəsin kövrək razılaşmasının hansı hallarda pozulmuş hesab edilə biləcəyi barədə sual verilib.

“Onlar nə etməməli olduqlarını bilirlər”, – deyə ABŞ prezidenti bildirib.

Tramp eyni zamanda İranla müharibənin əhəmiyyətini azaltmağa çalışaraq onu “kiçik toqquşma” adlandırıb.

“Bizim kiçik hərbi toqquşmamız var. Mən buna "toqquşma" deyirəm, çünki İranın şansı yoxdur. Onların heç vaxt şansı olmayıb. Onlar bunu bilirlər”, – deyə o, "Oval kabinet"də amerikalı uşaqların fiziki hazırlığına həsr olunmuş tədbir zamanı qeyd edib.

Bundan əvvəl, bazar ertəsi Tramp İranla qarşıdurmanı “mini-müharibə” adlandırmışdı.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930