6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Birləşmiş Ərəb Əmirlikləri İranı yenidən hücumda ittiham edib

05-may-2026, 19:01
Birləşmiş Ərəb Əmirlikləri İranı yenidən hücumda ittiham edib
Yazı Ölçüsü:

Birləşmiş Ərəb Əmirlikləri bəyan edib ki, ölkənin hava hücumundan müdafiə sistemləri İrandan gələn raket və pilotsuz uçuş aparatı (PUA) təhdidlərinə cavab verir.

"PostMedia" "Al Arabiya" kanalına istinadən xəbər verir ki, bu, ölkənin ardıcıl ikinci gündür hücuma məruz qalmasıdır.

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin "raket və pilotsuz uçuş aparatları təhdidlərinə aktiv şəkildə cavab verdiyini" bildirib.

İdarənin məlumatına görə, bazar ertəsi Birləşmiş Ərəb Əmirliklərinin HHM vasitələri İrandan atılan 12 ballistik raket, üç qanadlı raket və dörd pilotsuz uçuş aparatını zərərsizləşdirib, nəticədə üç nəfər orta dərəcəli xəsarət alıb.

Birləşmiş Ərəb Əmirlikləri İranın son hücumlarına cavab vermək üçün "tam və qanuni hüququnu özündə saxladığını" bəyan edib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031