6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

WP: Trampa qarşı narazılıq reytinqi rekord 62%-ə çatıb

04-may-2026, 17:01
WP: Trampa qarşı narazılıq reytinqi rekord 62%-ə çatıb
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Trampa qarşı narazılıq səviyyəsi rekord həddə — 62%-ə yüksəlib.

"PostMedia" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzetinin sifarişi ilə "Ipsos" şirkətinin keçirdiyi sorğunun nəticələrində qeyd olunub.

Nəşr bildirir ki, Trampın iki prezidentlik dövründə narazılıq heç vaxt bu qədər yüksək olmayıb. Xüsusilə amerikalılar prezidentin İrana münasibətdə apardığı siyasətdən razı deyil (66% əleyhinə, 33% lehinə).

Bundan əlavə, ABŞ sakinləri ölkədəki iqtisadi vəziyyətdən də narazıdır. Sorğuda iştirak edənlərin 76%-i həyatın bahalaşmasından şikayət edib. Bununla yanaşı, respondentlərin 45%-i prezidentin miqrasiya siyasətini müsbət qiymətləndirib.

Sorğu aprelin 24-28-də keçirilib və onda 2,5 mindən çox insan iştirak edib.


Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31