6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Dağıstanın rəhbəri vəzifəsindən azad edilib

30-aprel-2026, 19:46
Dağıstanın rəhbəri vəzifəsindən azad edilib
Yazı Ölçüsü:

Rusiya Prezidenti Vladimir Putin Kremldə regional nümayəndələrlə görüşdə Sergey Melikovun Dağıstan rəhbəri vəzifəsindən ayrılaraq başqa vəzifəyə keçdiyini elan edib.

"PostMedia" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Putin qeyd edib ki, Melikov respublikanın idarə olunmasında mühüm işlər görüb və ona təşəkkür edib:

“Respublikanın hazırkı rəhbəri Sergey Alimoviç Melikov öz səlahiyyət müddətini başa vurur. O, çox iş görüb və biz buna görə ona minnətdarıq. Lakin o, başqa işə keçir, həyat davam edir”, — deyə Rusiya prezidenti bildirib.

Vladimir Putin bildirib ki, o,Dağıstanın ali məhkəməsinin sədri Fyodor Şukinin namizədliyini respublikanın rəhbəri vəzifəsinə, həmçinin Magomed Ramazanovın namizədliyini baş nazir vəzifəsinə dəstəkləyib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031