6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Şahin Mustafayev Ermənistandan Bakıya yola düşüb

29-aprel-2026, 19:09
Şahin Mustafayev Ermənistandan Bakıya yola düşüb
Yazı Ölçüsü:

Bu gün səhər saatlarında Ermənistana səfər edən Baş nazirin müavini və  Azərbaycan və Ermənistan arasında Dövlət Sərhədinin Delimitasiyası üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin artıq səfəri başa vurduğu deyilir.

"PostMedia"nın Erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, Ş.Mustafayevin olduğu təyyarə artıq İrəvanın Zvartnots beynəlxalq hava limanını tərk edib.

Xatırladaq ki, bu gün Ermənistana dövlət səfərinə gedən Şahin Mustafayev İrəvanda Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan və sahibkarlarla görüşüb.

görüşdə erməni iş adamları Samvel Aleksanyan, Sukiasyan ailəsinə məxsus Ran Oil şirkətinin direktoru Boris Ovannisyan və başqaları iştirak ediblər.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031