6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İranda siyasi və hərbi hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - "Reuters"

29-aprel-2026, 08:39
İranda siyasi və hərbi hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - "Reuters"
Yazı Ölçüsü:

İranda həm siyasi, həm də hərbi hakimiyyət ABŞ və İsraillə gərginlik fonunda və əvvəlki ali dini lider ayətullah Əli Xameneinin vəfatından sonra faktiki olaraq İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ətrafında cəmləşib.

"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumatda bildirilir ki, “müharibə dövrünün təzyiqləri” hakimiyyəti daha dar və sərt daxili dairəyə yönəldib. Bu dairə Milli Təhlükəsizlik Ali Şurası, ali liderin ofisi və İİKK-dan ibarətdir. Hazırda SEPAH həm hərbi strategiyada, həm də əsas siyasi qərarlarda üstün rol oynayır.

Hökumət strukturunun zirvəsində hazırkı ali lider kimi Məhəmməd Cavad (Mojtaba) Xamenei göstərilir. Lakin onun rolu əsasən hərbçilər tərəfindən verilən qərarların rəsmiləşdirilməsi ilə məhdudlaşır və müstəqil siyasi istiqamət müəyyən etməsi azalıb.

Mənbəyə görə, bu vəziyyət İranın qərarvermə sistemini daha mərkəzləşmiş və təhlükəsizlik strukturlarından asılı vəziyyətə gətirib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930