6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Ötən il 10 Azərbaycanlı Gürcüstan vətəndaşlığını itirib

24-aprel-2026, 20:31
Ötən il 10 Azərbaycanlı Gürcüstan vətəndaşlığını itirib
Yazı Ölçüsü:

Ötən il 10 Azərbaycanlı Gürcüstan vətəndaşlığını itirib

"PostMedia" "newsgeorgia.ge" nəşrinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qurumun məlumatına görə, 2025-ci ildə vətəndaşlıq alan əcnəbilərin sayı 2 333 nəfər olub ki, bu da 2024-cü illə müqyisədə 35% yaxud 1 254 nəfər azalma deməkdir.

Gürcüstan vətəndaşlığını alanlar arasında ən çox sayda Rusiya Federasiyası pasportu olanlar - 1393 nəfər olub. Onları Almaniya (296), Ukrayna (114) və Ermənistan (104) izləyir. İlk onluğa həmçinin ABŞ (81), İsrail (71), Türkiyə (62), Yunanıstan (43) və Birləşmiş Krallıq (23) daxil olub.

Gürcüstan vətəndaşlığından imtinalara gəlincə isə, bu kateqoriya üzrə ən çox yayılmış qrupu Rusiya olub - 639 nəfər. Sonrakı yerləri Yunanıstan (203), Türkiyə (121) və İsrail (81) tutur. Siyahıya həmçinin Ukrayna (41), ABŞ (39), Ermənistan (37), Almaniya (28), Birləşmiş Krallıq (11) və Azərbaycan (10) daxil edilib.


Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930