6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Moskvada MDB XİN rəhbərlərinin görüşü keçiriləcək

17-aprel-2026, 00:00
Moskvada MDB XİN rəhbərlərinin görüşü keçiriləcək
Yazı Ölçüsü:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçiriləcək MDB ölkələrinin xarici işlər nazirləri şurasının iclasında iştirak edəcək. "PostMedia" xəbər verir ki, görüşdə Azərbaycan da daxil olmaqla bir sıra üzv ölkələrin XİN rəhbərləri təmsil olunacaq. İclas çərçivəsində tərəflər 2025-ci ildə əməkdaşlığın nəticələrini müzakirə edəcək, həmçinin inteqrasiya əlaqələrinin inkişaf perspektivlərinə toxunacaqlar. Görüşdə beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılması da planlaşdırılır. Bununla yanaşı, qəbul ediləcək qərarların MDB ölkələri arasında siyasi, humanitar və digər sahələrdə əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəyi bildirilir. Qeyd edək ki, toplantıda Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və digər üzv ölkələrin nümayəndələrinin iştirakı gözlənilir.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930