ABŞ-də Donald Tramp müvafiq əmr verəcəyi halda Kubada mümkün hərbi əməliyyat üçün hazırlıqlar görünməz şəkildə aktivləşir.
"PostMedia" xəbər verir ki, bu barədə "USA Today" nəşri məlumat yayıb.
Bu, ABŞ və Kuba arasında gərginliyin artmasının göstəricisidir. Gərginlik yanvar ayında başlayıb. Həmin vaxt Donald Tramp administrasiyası Venesuelada hərbi əməliyyatdan sonra adada böyük siyasi dəyişikliklər etmək kampaniyası çərçivəsində Kubaya neft tədarükünü məhdudlaşdırmışdı.
“Biz İranla bağlı problemləri başa çatdırdıqdan sonra Kubaya daxil ola bilərik”, – Tramp aprelin 13-də bildirib.