Yaxın iki gün ərzində Pakistanda “nəsə baş verə bilər”, çünki ABŞ və İran yenidən danışıqlar masasına qayıtmağa çalışır.
"PostMedia" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trump "The New York Post" qəzetinə müsahibəsində bildirib.
“Orada qalmağınız yaxşı olar, çünki yaxın iki gün ərzində nəsə baş verə bilər və biz ora getməyə daha çox meylli ola bilərik”, – deyə Tramp İslamabada ezam olunmuş jurnalistə bildirib.
ABŞ Prezidenti əlavə edib ki, belə bir ehtimalın artmasının səbəblərindən biri Pakistanın hərbi rəhbərliyinin fəaliyyətidir.
“Daha çox ehtimal var və bilirsiniz niyə? Çünki feldmarşal əla iş görür”, – deyə o qeyd edib.
Tramp burada Pakistanın feldmarşalı Asim Muniri nəzərdə tutaraq onu “fantastik” adlandırıb.
Sülh danışıqları üçün başqa mümkün məkan kimi Cenevrə də nəzərdən keçirilib, lakin Tramp bu variantı ciddi qəbul etmədiyini bildirib.
“Niyə bununla heç bir əlaqəsi olmayan bir ölkəyə getməliyik?” – deyə ABŞ prezidenti vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl İslamabadda ABŞ və İran arasında keçirilən danışıqlar razılaşma əldə olunmadan başa çatmışdı.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
