Benyamin Netanyahu bildirib ki, Viktor Orban İsrailin “aqressiv müharibələrində” ölkəsini dəstəkləyib.
"PostMedia" bu barədə xaici KİV-lərə istinadən xəbər verir.
“Sevimli dostum Viktor Orbana dərin minnətdarlığımı bildirmək istəyirəm”, – deyə İsrailin baş naziri qeyd edib.
Onun sözlərinə görə, Orban İsrailin “əsl dostudur” və beynəlxalq ədalətsiz ittihamlara qarşı ölkəsinin yanında möhkəm dayanıb.
“İsrail əsgərlərini ədalətli müharibəmizdə qəddar terrorçulara qarşı kim dəstəklədi? İsrail xalqı bunu həmişə xatırlayacaq”, – Netanyahuu bildirib.
O, həmçinin Macarıstan seçkilərində qalib gələn Peter Madyarı təbrik edib və iki ölkə xalqlarının maraqları naminə əməkdaşlığın davamını səbirsizliklə gözlədiyini qeyd edib.