Qrenlandiya Baş naziri Yens-Frederik Nilsen ABŞ Prezidenti Donald Trampın adaya dair açıqlamalarına cavab verib.
"PostMedia" "Reuters"ə istinadən xəbər verir ki, o, “Qrenlandiya sadəcə bir buz parçası” olmadığını deyib və xalqının özünü qlobal nizamı qorumağa sadiq, qürurlu bir xalq kimi görür.
Tramp çərşənbə günü NATO ilə bağlı narazılığını ifadə edərkən Qrenlandiyanı da tənqid etmiş və onu “nəhəng, pis idarə olunan buz parçası” adlandırmışdı.
Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen isə bu fikirlərə cavab olaraq bildirib ki, ölkəsi İkinci Dünya Müharibəsindən sonra qurulmuş beynəlxalq sistemi və beynəlxalq hüquqa əsaslanan əməkdaşlığı qorumağa sadiqdir.
O qeyd edib ki, hazırda bu sistem ciddi təzyiqlərlə üz-üzədir və bütün müttəfiqlər onu qorumaq üçün birləşməlidir.
Nilsen vurğulayıb: “Biz sadəcə buz parçası deyilik. Biz 57 min nəfərlik qürurlu bir xalqıq və hər gün beynəlxalq tərəfdaşlarımıza hörmətlə qlobal vətəndaşlar kimi çalışırıq.”
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
