6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Almaniya Kansleri: Biz ABŞ və İrana görə NATO-nun parçalanmasını istəmirik

09-aprel-2026
Almaniya Kansleri: Biz ABŞ və İrana görə NATO-nun parçalanmasını istəmirik
Yazı Ölçüsü:

ABŞ və İran arasında mümkün müharibənin ABŞ ilə onun Avropadakı NATO tərəfdaşları arasındakı münasibətləri daha da gərginləşdirməsini istəmirik.

"PostMedia" "Reuters"ə istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts bildirib.

“Biz istəmirik, mən istəmirəm ki, NATO parçalanmış olsun. NATO bizim təhlükəsizlik zəmanətçimizdir, o cümlədən və ilk növbədə Avropada”, – deyə o jurnalistlərə bildirib.

Eyni zamanda kansler qeyd edib ki, İsrailin Livanda davam edən hərbi əməliyyatları ABŞ və İran arasında Yaxın Şərqdə gözlənilən sülh danışıqlarını poza bilər.

“Cənubi Livandakı vəziyyəti xüsusi narahatlıqla izləyirik. İsrailin orada apardığı müharibənin sərtliyi bütün sülh prosesinin dağılmasına səbəb ola bilər və buna yol vermək olmaz”, – Merts deyib.

O, əlavə edib ki, ABŞ Prezidenti Donald Trampa İranla danışıqları təcili davam etdirməyə çağırış edib. Berlində verilən açıqlamaya görə, Almaniya İran rəhbərliyi ilə Tehranla birbaşa diplomatik danışıqları bərpa edir.

Müəllif
Turan
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930