6°C Bakı
1$ = 1.70₼
Dünya

İsrail 40 gündən sonra Əl-Əqsa məscidini yenidən açıb

09-aprel-2026
İsrail 40 gündən sonra Əl-Əqsa məscidini yenidən açıb
Yazı Ölçüsü:

İsrail hakimiyyəti işğal olunmuş Şərqi Qüdsdə yerləşən Əl-Əqsa Məscid kompleksini 40 günlük bağlanmadan sonra fələstinli möminlərin üzünə yenidən açıb.

"PostMedia" xəbər verir ki, bu barədə "Əl Cəzirə" məlumat yayıb.

Telekanalın bildirdiyinə görə, fələstinlilər cümə axşamı səhər tezdən məscidin qapılarından içəri daxil olublar. Səhər namazında təxminən 3000 nəfər iştirak edib.

Məlumata görə, fevralın 28-dən – İranla ABŞ-İsrail arasında müharibənin başlamasından sonra – xristian, yəhudi və müsəlman müqəddəs məkanlarına giriş tam bağlanmış və ya ciddi şəkildə məhdudlaşdırılmışdı. Həmin dövrdə yalnız bir neçə on nəfərə ibadət üçün icazə verilirdi.

İsrail hakimiyyəti çərşənbə axşamı axşamı həm Əl-Əqsa məscidinin, həm də Müqəddəs məsar kilsəsinin yenidən açıldığını elan edib.

İsrail polisi bu qərarı “İsrailin arxa cəbhə komandanlığının yenilənmiş təlimatları” ilə izah edib.

Rəsmi açıqlamada Qüdsün Köhnə şəhərində və müqəddəs məkanlara aparan yollar boyunca təhlükəsizlik tədbirlərinin gücləndirildiyi, yüzlərlə polis və sərhəd xidmətinin əməkdaşının yerləşdirildiyi bildirilib. Məqsəd ziyarətçilərin təhlükəsizliyini təmin etməkdir.

Son altı həftə ərzində regionda davam edən müharibə fonunda Qüds və onun müqəddəs məkanlarında sərt təhlükəsizlik tədbirləri tətbiq olunmuş, məkanlar tez-tez bağlanmışdı.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031