6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Putin Pasxa münasibətilə atəşkəs elan edib

09-aprel-2026, 23:53
Putin Pasxa münasibətilə atəşkəs elan edib
Yazı Ölçüsü:

Rusiya Prezidenti Vladimir Putin Pasxa bayramı münasibətilə atəşkəs elan edib.

"PostMedia" xəbər verir ki, bu barədə TASS Kremlə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiyanın Silahlı Qüvvələrinin Ali Baş Komandanının qərarı ilə yaxınlaşan pravoslav Pasxa bayramı ilə əlaqədar 11 aprel saat 16:00-dan 2026-cı il 12 aprel gününün sonuna qədər atəşkəs rejimi tətbiq olunacaq.

Bildirilib ki, Moskva Ukrayna tərəfinin də Pasxa atəşkəsi məsələsində Rusiyanın nümunəsini izləyəcəyini gözləyir.

Eyni zamanda Putin Rusiya Silahlı Qüvvələrinə atəşkəs dövründə hərbi əməliyyatları dayandırmağı tapşırıb, lakin qoşunlara mümkün hücumlara cavab verməyə hazır olmaq göstərişi də verib.

Müəllif
Arifə
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930