6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Reuters: Tramp NATO üzvlərinin Hörmüz boğazı ilə bağlı öhdəlik götürməsini istəyir

09-aprel-2026
Reuters: Tramp NATO üzvlərinin Hörmüz boğazı ilə bağlı öhdəlik götürməsini istəyir
Yazı Ölçüsü:

NATO-nun baş katibi Mark Rutte alyans ölkələrinin bir neçə paytaxtını məlumatlandırıb ki, ABŞ prezidenti Donald Tramp yaxın günlərdə NATO üzvlərinin Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasına töhfə verəcək konkret öhdəliklər götürməsini istəyir.

PostMedia” xəbər verir ki, bu barədə “Reuters” Avropa diplomatlarına istinadən məlumat yayıb.

Məlumata görə, Rutte çərşənbə günü Vaşinqtonda Trampla görüşüb. Görüş İranla bağlı müharibə fonunda alyans daxilində yaranmış gərginlik şəraitində baş tutub.

“NATO-nun baş katibi Vaşinqtondakı müzakirələrlə bağlı müttəfiqlərlə əlaqə saxlayır”, – deyə alyansın nümayəndəsi Allison Hart bildirib. Onun sözlərinə görə, ABŞ Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi üçün müttəfiqlərdən konkret addımlar və öhdəliklər gözləyir.

Son həftələrdə Tramp NATO-nu dəfələrlə “kağız pələng” adlandırıb və 32 üzvü olan transatlantik hərbi alyansı tərk edə biləcəyini bəyan edib. O, Avropadakı müttəfiqlərin ABŞ-ın təhlükəsizlik zəmanətlərinə arxalanaraq İran əleyhinə ABŞ-İsrail bombardman kampaniyasına kifayət qədər dəstək vermədiyini bildirib.

Diplomatlardan biri isə qeyd edib ki, Vaşinqtondakı narazılıq başa düşüləndir, lakin ABŞ müttəfiqləri ilə nə müharibə başlamazdan əvvəl, nə də sonra məsləhətləşmələr aparmayıb. Onun sözlərinə görə, NATO-nun özü İranla müharibədə birbaşa rol oynamayacaq, lakin müttəfiqlər Hörmüz boğazı ilə bağlı uzunmüddətli həll yollarının tapılmasına töhfə vermək istəyirlər.
Trampın İrana qarşı hücumların iki həftəlik atəşkəs səbəbindən dayandırılacağını bildirməsinə baxmayaraq, münaqişənin nəticələri ABŞ və Avropa müttəfiqləri arasında münasibətlərdə gərginliyi davam etdirir. Diplomatik mənbələr bildirir ki, tərəflər vəziyyəti izləməyə davam edir və gələcəkdə uyğun addımlar atmağa hazırdırlar.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930