6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Cənubi Koreyadan dron Şimali Koreyaya uçub

06-aprel-2026
Cənubi Koreyadan dron Şimali Koreyaya uçub
Yazı Ölçüsü:

Cənubi Koreya prezidenti Li Yi-myunq Şimali Koreyanın hava məkanına pilotsuz uçuş aparatının daxil olması ilə bağlı təəssüfünü ifadə edib.

PostMedia” xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Prezident hökumətin iclasında bildirib ki, bu hadisə hökumətin niyyəti olmasa da, dövlət başçısı kimi o, Pxenyan rəhbərliyinə ayrı-ayrı şəxslərin məsuliyyətsiz və düşünülməmiş hərəkətləri nəticəsində yaranmış əlavə hərbi gərginliyə görə təəssüfünü çatdırıb.

Li Yi-myunq aidiyyəti nazirliklərə sistemləri təcili şəkildə təkmilləşdirməyi və belə halların təkrar baş verməsinin qarşısını almaq üçün operativ tədbirlər görməyi tapşırıb.

O, həmçinin hadisədən ən çox narahat olan sərhədyanı bölgələrin sakinlərinə görə də dərin təəssüfünü bildirib.

Qeyd olunur ki, bu, pilotsuz uçuş aparatının Şimali Koreya ərazisinə daxil olması ilə bağlı açıqlamadan sonra Cənubi Koreya liderinin ilk rəsmi üzrxahlığıdır.

Bundan əvvəl isə ölkənin Birləşmə naziri Çunq Donq-yonq fevralın əvvəlində hökumət səviyyəsində Pxenyandan üzr istəyərək bildirib ki, dronların Şimali Koreya istiqamətində buraxılması bəzi şəxslərin icazəsiz fəaliyyəti nəticəsində baş verib.

Prezident vurğulayıb ki, Cənubi Koreya Konstitusiyası və qanunları vətəndaşların Şimali Koreyaya qarşı təxribat xarakterli hərəkətlərini qəti şəkildə qadağan edir. Onun sözlərinə görə, Koreya yarımadasında sülh və sabitlik prioritet olaraq qalmalı və qorunmalıdır.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031