6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ İran ətrafında başlayan münaqişə dövründə ən azı yeddi hərbi təyyarə itirib - CNN

06-aprel-2026, 09:32
ABŞ İran ətrafında başlayan münaqişə dövründə ən azı yeddi hərbi təyyarə itirib - CNN
Yazı Ölçüsü:
ABŞ İran ətrafında başlayan münaqişə dövründə ən azı yeddi hərbi təyyarə itirib.
"PostMedia" xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, "ABŞ Hava Hücumunda Müdafiə Qüvvələrinə məxsus "F-15" və "A-10 Thunderbolt II" hücum təyyarələrinin son itkiləri ilə İranla müharibə zamanı məhv edilən ekipajlı təyyarələrin təsdiqlənmiş sayı yeddiyə çatıb.
Telekanalın məlumatına görə, itirilən ABŞ təyyarələri arasında Küveytin hava hücumundan müdafiə sistemləri tərəfindən dost atəşi nəticəsində vurulan üç "F-15" qırıcısı, İraqda qəzaya uğrayan "KC-135 Stratotanker" yanacaqdaşıyan təyyarəsi və Səudiyyə ƏRəbistanındakı hərbi bazaya hücum zamanı məhv edilən "E-3 Sentry" erkən xəbərdarlıq və idarəetmə təyyarəsi də var.
Bundan əlavə, ötən ay "F-35 Lightning II" qırıcısı ciddi zədələnib və məcburi eniş etməli olub.
Bildirilir ki, üç "F-15E" qırıcısı martın 1-də Küveyt səmasında dost atəşi nəticəsində vurulub. Pilotlar təxliyə olunublar.
Daha sonra martın 4-də "The Wall Street Journal" yazıb ki, ABŞ qırıcıları səhvən Küveytə məxsus "F/A-18 Hornet" tərəfindən vurulub. Qəzetin məlumatına görə, hədəflər üç raketlə məhv edilib.
Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930