6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Orban “Türk axını” qaz kəmərinin Macarıstan hissəsinin hərbi mühafizəyə götürülməsini tapşırıb

06-aprel-2026
Orban “Türk axını” qaz kəmərinin Macarıstan hissəsinin hərbi mühafizəyə götürülməsini tapşırıb
Yazı Ölçüsü:
Macarıstanın baş naziri Viktor Orban "Türk axını" qaz kəmərinin Macarıstan ərazisindən keçən hissəsinin hərbi mühafizə altına alınmasını tapşırıb.
"PostMedia" xəbər verir ki, bu barədə Index.hu məlumat yayıb.
Məlumata görə, qərar bazar günü ölkənin müdafiə şurasının fövqəladə iclasından sonra qəbul edilib. Buna səbəb Serbiya ilə Macarıstanı birləşdirən mühüm qaz infrastrukturunda partlayıcı qurğunun aşkarlanması olub.
İclasdan sonra Macarıstanın xarici işlər naziri Piter Siyarto öz "Facebook" səhifəsində video yayımlayaraq müzakirələrin məzmunu barədə danışıb.
Nazir bildirib ki, Avropa genişmiqyaslı enerji böhranına yaxınlaşır və bu, ilk növbədə İran və Ukrayna ətrafında davam edən müharibələrlə bağlıdır. Onun sözlərinə görə, belə vəziyyətdə xammala tələbat daha da artacaq, halbuki Ukrayna Avropaya neft və təbii qaz tədarükünü dayandırmağa çalışır.
Siyarto həmçinin qeyd edib ki, daha əvvəl "Şimal Axını" qaz kəməri partladılıb və uzun müddət bunun Rusiyanın etdiyini iddia ediblər. Nazir isə bunun məntiqsiz olduğunu deyib, çünki “Rusiya niyə öz qaz kəmərini partlatsın?”.
O, həmçinin "Dostluq" (Drijba) neft kəməri ilə bağlı problemlərə toxunaraq “TürkAxını” qaz kəmərinə qarşı mümkün hücum riskindən danışıb.
Nazirin sözlərinə görə, müdafiə şurasının iclasında Orban Macarıstan hissəsinin hərbi mühafizəyə götürülməsi barədə göstəriş verib. Bu qərara əsasən, hərbçilər qaz kəmərini və onun boyunca yerləşən ötürmə məntəqələrini Serbiya–Macarıstan sərhədindən Macarıstan–Slovakiya sərhədinədək qoruyacaqlar.
Siyarto əlavə edib ki, o, Serbia və Türkiyənin energetika nazirləri, həmçinin Rusiyanın energetika nazirinin müavini ilə məsləhətləşib və tərəflər qaz kəmərinin “indiyə qədər olduğundan daha qətiyyətlə qorunmasının zəruri olduğu” barədə razılığa gəliblər.
Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930