6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Suriya lideri Böyük Britaniyanın baş naziri ilə danışıqlar aparıb

31-mart-2026
Suriya lideri Böyük Britaniyanın baş naziri ilə danışıqlar aparıb
Yazı Ölçüsü:
Suriya lideri Əhməd Əl Şaraa martın 31-də Böyük Britaniyanın baş naziri Kir Starmer ilə görüşərək ikitərəfli münasibətlərin möhkəmləndirilməsini və son hadisələri müzakirə edib.
"PostMedia" xəbər verir ki, bu barədə "Syrian Arab News Agency" məlumat yayıb.
Tərəflər ümumi maraqlara uyğun olaraq əlaqələrin gücləndirilməsi yollarını müzakirə ediblər və inkişaf, həmçinin investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Görüş zamanı regionda və dünyada baş verən son hadisələr də müzakirə mövzusu olub.
Məlumata görə, Əhməd Əl Şaraa britaniyalı yüksək vəzifəli rəsmilərlə də danışıqlar aparıb. Bu görüşlər iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi və əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyıb.
Müəllif
Arifə
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031