6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İran Türkiyə istiqamətində raketlərin buraxılması ilə bağlı məlumatları təkzib edib

31-mart-2026, 18:00
İran Türkiyə istiqamətində raketlərin buraxılması ilə bağlı məlumatları təkzib edib
Yazı Ölçüsü:

İranın xarici işlər naziri Abbas Əraqçi və Türkiyənin xarici işlər naziri Hakan Fidan telefon danışığı zamanı regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.

"PostMedia" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Əraqçinin sözlərinə görə, İran ərazisindən Türkiyə istiqamətində raket buraxılması barədə yayılan məlumatlar tamamilə əsassızdır.

Nazir eyni zamanda bildirib ki, regionda sülhə qarşı olan qüvvələrin bu cür təxribat xarakterli addımları təkrarlaması ehtimalı istisna edilmir.

“İran mehriban qonşuluq prinsipinə sadiqdir, Türkiyənin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir. Həmçinin belə halların araşdırılması məsələsində əməkdaşlığa hazırdır”, – deyə Əraqçi qeyd edib։

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930