6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

12 ərəb və islam ölkəsinin XİN başçıları İranın zərbələrini “əsassız” adlandırıblar

19-mart-2026
Arifə
12 ərəb və islam ölkəsinin XİN başçıları İranın zərbələrini “əsassız” adlandırıblar
Yazı Ölçüsü:
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən görüşdə iştirak edən 12 ərəb və islam ölkəsinin xarici işlər nazirləri İranın Fars körfəzi ölkələrinə endirdiyi zərbələri əsassız adlandırıb və onu hücumları dayandırmağa çağırıblar.
"PostMedia" xəbər verir ki, bu barədə danışıqların yekununda qəbul edilən bəyanatda deyilib.
“İranın Fars körfəzi ölkələrinə endirdiyi zərbələri heç bir şəkildə əsaslandırmaq mümkün deyil. Bu hücumların hədəfi mülki infrastruktur və yaşayış məntəqələridir. Tehran bu hücumları dərhal dayandırmalıdır”, – sənəddən sitat gətirilib.
Ər-Riyadda keçirilən görüşün iştirakçıları həmçinin vurğulayıblar ki, Fars körfəzi ərəb dövlətləri “özünümüdafiə üçün tam hüquqa malikdir” və İranın “aqressiyasını dayandırmaq məqsədilə əməkdaşlığı davam etdirmək” barədə razılığa gəliblər.
Danışıqlarda Azərbaycan, Bəhreyn, Misir, İordaniya, Qətər, Küveyt, Livan, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya və Türkiyənin xarici işlər nazirləri iştirak ediblər.
Kateqoriyalar