6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Fransa Trampın istəyini rədd edib

16-mart-2026
Fransa Trampın istəyini rədd edib
Yazı Ölçüsü:

Fransa ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazından keçən gəmi trafikini təmin etmək üçün hərbi yardım tələbinə rədd cavabı verib.

"PostMedia" xəbər verir ki, bu barədə "Financial Times" yazır.

Məlumata görə, Fransa hakimiyyətləri gəmiləri yalnız ABŞ, İran və qonşu ölkələr arasında hərbi əməliyyatlar dayandırıldıqdan sonra göndərməyə hazırdır.

Həftəsonu "Financial Times"a verdiyi müsahibədə Tramp NATO müttəfiqlərindən və Çindən İrana məxsus pilotsuz uçuş aparatları, raketlər və minaların bu strateji önəmli su yolundan keçən gəmilərə zərər vurmasına qarşı kömək etmələrini tələb edib.

Lakin Fransa digər ölkələrlə, o cümlədən Avropa və Fars körfəzi ölkələri ilə hərbi əməliyyatlar başa çatdıqdan sonra birgə patrul qüvvələrinin yaradılması barədə danışıqlar aparır, mənbə bildirib.

Hazırda Almaniya, Yunanıstan və Böyük Britaniya da gəmilərini boğaza göndərməkdən çəkinir.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031