6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Merts Trampa cavab verdi: "NATO “müdaxilə alyansı deyil”"

16-mart-2026
Turan Hüseynli
Merts Trampa cavab verdi: "NATO “müdaxilə alyansı deyil”"
Yazı Ölçüsü:

NATO müdaxilə üçün yaradılmış alyans deyil.

"PostMedia" xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Donald Trumpın Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasına dəstək çağırışına cavab olaraq bildirib.

Almaniya kansleri qeyd edib: “NATO müdafiə ittifaqıdır, müdaxilə alyansı deyil. Ümid edirəm ki, biz bir-birimizə lazımi hörmətlə yanaşacağıq. Ortaq məqsədimiz var – İran rejimi dayandırılmalı və demokratik legitimliyə malik hökumətlə əvəz olunmalıdır. Lakin əvvəlki illərin təcrübəsi göstərir ki, bombardmanlar bu məqsədə çatmaq üçün effektiv üsul deyil”.

Əvvəllər ABŞ və İsrailin zərbələrinə dəstək verən Fridrix Merts sonradan mövqeyini dəyişərək münaqişənin dərhal dayandırılmasına çağırıb.

“İlk gündən riskləri qeyd etmişəm və bu müharibənin riskləri çox böyükdür. Bütün tərəfləri siyasi həll yolu axtarmağa çağırıram. Almaniya belə bir həllin tapılmasında iştirak etməyə hazırdır. İran kimi ölkədə demokratik hökumətin qurulması üçün bombardmanlar doğru yanaşma deyil. Bu məsələnin hərbi həlli yoxdur”, – deyə o vurğulayıb.

Kateqoriyalar