6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

“Uzunmüddətli müharibəyə hazırıq” – İran parlamentinin spikeri

17-mart-2026, 05:56
“Uzunmüddətli müharibəyə hazırıq” – İran parlamentinin spikeri
Yazı Ölçüsü:

İran uzunmüddətli müharibəyə əvvəlcədən hazırlaşıb.

"PostMedia" xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf bildirib.

Onun sözlərinə görə, İran mümkün hücum ehtimalını nəzərə alaraq əvvəlcədən plan qurub və əvvəlki müharibələrin təcrübəsinə əsaslanaraq qarşı tərəfin döyüş qabiliyyətini zəiflətmə üsullarını proqnozlaşdırıb.

“Düşünürəm ki, heç kim amerikalıların İranın hücum potensialını məhv edəcəkləri ilə bağlı iddialarına inanmır. Bizim kifayət qədər raket və pilotsuz uçuş aparatımız var. Bu texnologiyalar yerli olduğuna görə, onları düşmənin raketdən müdafiə sistemlərindən daha sürətli və daha ucuz istehsal edə bilərik”, – deyə o vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031