6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İran hakimiyyəti düşmənə məlumat ötürən 500 casusun saxlanıldığını açıqlayıb

16-mart-2026, 00:54
İran hakimiyyəti düşmənə məlumat ötürən 500 casusun saxlanıldığını açıqlayıb
Yazı Ölçüsü:
İranın polis rəisi, general Əhməd Rza Radan düşmənə və anti-İran informasiya vasitələrinə məlumat ötürən 500 nəfərin saxlanıldığını bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyinin məlumat yayıb.
Generalın sözlərinə görə, saxlanılanların 250 nəfəri əsas fiqurlar olub. Onlar hücumların həyata keçirilməsi üçün məlumatlar ötürür, müxtəlif qruplarla əlaqə saxlayır və ölkədə ictimai asayişi pozmağa cəhd göstərirdilər.
Bundan əvvəl kütləvi informasiya vasitələri ölkənin şimal-qərbində ən azı 20 nəfərin İsraillə əməkdaşlıq şübhəsi ilə saxlanıldığını da xəbər vermişdi.
Məlumata görə, saxlanılmalar İranın Qərbi Azərbaycan vilayətində İsraillə əlaqəli şəbəkələrə qarşı keçirilən əməliyyatlar zamanı həyata keçirilib. Bunu vilayətin prokuroru Hüseyn Məcidi açıqlayıb.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031