6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İranın XİN rəhbəri türkcə paylaşım edib

13-mart-2026, 13:13
İranın XİN rəhbəri türkcə paylaşım edib
Yazı Ölçüsü:
Abbas Əraqçi "X" sosial şəbəkəsində türkcə paylaşım edərək Türkiyə xalqına təşəkkür edib.
"PostMedia"nın məlumatına görə, o bildirib ki, Ramazan ayının bu mübarək günlərində Türkiyə xalqının duaları və həmrəyliyi İran üçün böyük mənəvi dəstəkdir.
“Ramazanın bu mübarək günlərində qardaş türk xalqının və dost Türkiyənin İran xalqına duaları və həmrəyliyi bizim üçün böyük güc və döyüş ruhu mənbəyidir”, – deyə o yazıb.
Nazir əlavə edib ki, İran öz suverenliyini və xalqının təhlükəsizliyini qətiyyətlə qorumağa davam edəcək.
“Biz inanırıq ki, ədalət və sülh qalib gələcək. Dualarınıza və dəstəyinizə görə səmimi təşəkkürümüzü bildiririk”, – deyə Əraqçi qeyd edib.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031