6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Azərbaycanın da üzv olduğu Forum Yaxın Şərqdəki münaqişə səbəbindən təxirə salındıb

13-mart-2026, 18:03
Azərbaycanın da üzv olduğu Forum Yaxın Şərqdəki münaqişə səbəbindən təxirə salındıb
Yazı Ölçüsü:
Azərbaycanın da üzv olduğu “İslam səkkizliyi” Forumu Yaxın Şərqdəki münaqişə səbəbindən təxirə salındıb
"PostMedia" "Reuters" agentliyinə istinadən xəbər verir ki, “İslam səkkizliyi” (D-8) forumu Yaxın Şərqdə davam edən gərginlik səbəbindən təxirə salınıb. Tədbir əvvəlcə İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilməli idi.
İndoneziya Xarici İşlər Nazirliyinin məlumatına əsasən, forumun aprel ayında keçirilməsi planlaşdırılıb, lakin regiondakı münaqişəyə görə tədbir müəyyən olunmamış tarixə qədər təxirə salınıb.
Qeyd edək ki, “İslam səkkizliyi” təşkilatına Azərbaycan 2024-cü ilin dekabrında rəsmi şəkildə qoşulub.
Bu iqtisadi və siyasi əməkdaşlıq platformasına hazırda İndoneziya, Banqladeş, Misir, İran, Malayziya, Pakistan, Türkiyə, Nigeriya
və Azərbaycan daxildir.
Təşkilat 1997-ci ildə İstanbul şəhərində Türkiyənin o vaxtkı baş naziri Nəcməddin Ərbakan təşəbbüsü ilə yaradılıb.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930