6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Hindistanın Baş naziri İran Prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib

13-mart-2026, 02:01
Hindistanın Baş naziri İran Prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Yazı Ölçüsü:

Hindistanın Baş naziri Narendra Modi İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

"PostMedia" xəbər verir ki, bu barədə o, özünün "X" hesabında bildirib.

Modi qeyd edib ki, o və iranlı həmkarı regionda yaranmış ağır vəziyyəti müzakirə ediblər.

"Gərginliyin artması, mülki şəxslərin həlak olması, eləcə də mülki infrastruktura dəyən zərərlə bağlı dərin narahatlığımızı ifadə etdik. Hindistan vətəndaşlarının müdafiəsi, həmçinin malların və enerji resurslarının maneəsiz tranzitinin təmin edilməsi Hindistanın əsas prioritetləri olaraq qalır. O, Hindistanın sülh və sabitliyə sadiqliyini bir daha təsdiqləyib, dialoq və diplomatiyaya çağırıb", - deyə Hindistanın Baş naziri yazıb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031