6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Biz nüvə silahı yaratmağa çalışmırıq – İran prezidenti

18-fevral-2026, 02:18
Biz nüvə silahı yaratmağa çalışmırıq – İran prezidenti
Yazı Ölçüsü:

İran prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran nüvə silahı yaratmaq niyyətində deyil.

"PostMedia" xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Pezeşkian vurğulayıb ki, İran istənilən yoxlamalara açıqdır və şəffaflığa hazırdır.

“Lakin biz sənaye, tibbi, kənd təsərrüfatı və digər məqsədlər üçün nəzərdə tutulan dinc nüvə enerjisindən imtina etməyə məcbur edilməyimizlə razı deyilik,” – deyə İran prezidenti qeyd edib.

Onun sözlərinə görə, ölkənin nüvə proqramı yalnız dinc məqsədlərə xidmət edir və beynəlxalq normalara uyğun şəkildə davam etdiriləcək.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930