N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Ağ Ev Trampın Obamanın meymun obrazında təqdim edildiyi videosunu şərh edib

06-fevral-2026
Turan Hüseynli
Ağ Ev Trampın Obamanın meymun obrazında təqdim edildiyi videosunu şərh edib
Yazı Ölçüsü:

ABŞ administrasiyası prezident Donald Trampın Barak və Mişel Obamanı meymun obrazında göstərən videonu paylaşmasından sonra səsləndirilən irqçilik ittihamlarını təkzib edib.

"PostMedia"nın məlumatına göər, "Ağ Ev"in mətbuat katibi Kerolayn Levitt bildirib ki, bu video sadəcə məşhur internet memindən götürülmüş bir fraqmentdir.

Levittin sözlərinə görə, videoda Tramp “cəngəlliklərin kralı”, Demokratlar Partiyasının üzvləri isə “Şir kral” cizgi filmindəki personajlar kimi təsvir olunub. O, paylaşım ətrafında yaranan tənqidləri “süni şəkildə şişirdilmiş” adlandırıb.

Təxminən bir dəqiqəlik video Truth Social sosial şəbəkəsində paylaşılıb. Videoda 2020-ci il prezident seçkilərinin Co Baydenin xeyrinə saxtalaşdırıldığı iddia olunur. Son kadrlarda Barak və Mişel Obama meymun kimi təsvir edilir və video “The Lion Sleeps Tonight” (“Şir bu gecə yatır”) mahnısının müşayiəti ilə təqdim olunur.

Fevralın əvvəlində Tramp Barak Obamanın həbsinə çağırış da etmiş, onu 2016-cı il seçkiləri zamanı Rusiya ilə əlaqələr barədə guya saxta ittihamların irəli sürülməsində iştirak etməkdə günahlandırmışdı.

Kateqoriyalar