6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

“Hizbullah”ın kəşfiyyat rəhbəri istefa verib

06-fevral-2026
“Hizbullah”ın kəşfiyyat rəhbəri istefa verib
Yazı Ölçüsü:

Şiə “Hizbullah” hərəkatının kəşfiyyat xidmətinin rəhbəri Vafik Safa istefa verib.

"PostMedia" xəbər verir ki, bu barədə "Janoubia" portalı təşkilat rəhbərliyinə istinadən məlumat yayıb. Bildirilir ki, fevralın 6-da Safanın istefa müraciəti qəbul olunub.

Hərəkata yaxın mənbələrin məlumatına görə, Safanın gedişi yanvar ayında aparılan yenidənqurma prosesi ilə bağlıdır. Bu proses çərçivəsində onun rəhbərlik etdiyi xüsusi təyinatlı bölmənin səlahiyyətləri əhəmiyyətli dərəcədə azaldılıb. Onun vəzifələrini müvəqqəti olaraq Hüseyn Baradeh — Hac Sajid kimi tanınan şəxs icra edəcək.

Vafik Safa 2024-cü il oktyabrın 10-da İsrailin Beyrutun mərkəzinə endirdiyi hava zərbəsi zamanı ağır yaralanmışdı. O, hərəkatın keçmiş baş katibi Şeyx Həsən Nəsrullahın yaxın silahdaşı olub və həm Livan daxilində, həm də xaricdə vasitəçilik missiyalarında iştirak edib.

Kateqoriyalar

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031