6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İran prezidenti Əli Şamxanini Müdafiə Şurasının katibi təyin edib

06-fevral-2026, 08:39
İran prezidenti Əli Şamxanini Müdafiə Şurasının katibi təyin edib
Yazı Ölçüsü:
İran Prezidenti Məsud Pezeşkian ali dini lider Əli Xameneinin siyasi müşaviri, kontr-admiral Əli Şamxanini yeni vəzifəyə təyin edib.
"PostMedia" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Müvafiq fərmana əsasən, Şamxani İran İslam Respublikasının Müdafiə Şurasının katibi vəzifəsini icra edəcək.
Təyinat regional və beynəlxalq təhlükəsizlik sahəsində mövcud çağırışlar fonunda baş tutub. Əli Şamxani İranın hərbi-siyasi rəhbərliyində mühüm fiqur hesab olunur. O, uzun illər Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb.
Müdafiə Şurasının əsas vəzifələrinə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, yeni təhdidlərə qarşı tədbirlərin görülməsi, həmçinin müdafiə sahəsində qərarların qəbulunun koordinasiyası və təkmilləşdirilməsi daxildir.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930