6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp yenidən güc tətbiq etməklə hədələyib

06-fevral-2026
Tramp yenidən güc tətbiq etməklə hədələyib
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Keyr Starmerlə Dieqo Qarsiya adası ilə bağlı çox səmərəli müzakirələr apardığını açıqlayıb.

"PostMedia" xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə yazıb.

“Bu adada ABŞ-nin Hind okeanının mərkəzində yerləşən və strateji baxımdan son dərəcə vacib olan böyük hərbi bazası var. Bu baza ABŞ-nin milli təhlükəsizliyi üçün nəhəng əhəmiyyət daşıyır.

Biz dünyanın ən güclü ordusuna sahibik. Son bir ildə hərbi əməliyyatlarımız qoşunlarımızın gücü, müasir texniki imkanlar və ən əsası, bazalarımızın strateji yerləşməsi sayəsində uğurlu olub.

Anlayıram ki, bir çoxları baş nazir Starmerin bağladığı sazişi mümkün olan ən yaxşı variant hesab edir.

Bununla belə, əgər gələcəkdə icarə müqaviləsi ləğv olunarsa və ya kimsə bazamızdakı ABŞ fəaliyyətini və qüvvələrini təhdid edərsə, hərbi təhlükəsizliyi təmin etmək və Dieqo Qarsiyada Amerika mövcudluğunu gücləndirmək hüququnu özüm üçün saxlayıram.

Hamı bilməlidir ki, mən bu qədər mühüm bazada ABŞ-ın mövcudluğunun əsassız iddialar və ya ətraf mühitlə bağlı cəfəng arqumentlər ucbatından zəiflədilməsinə və ya təhlükə altına düşməsinə heç vaxt icazə verməyəcəyəm”, – deyə Tramp bildirib.

Kateqoriyalar

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031