6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Makronun müşaviri Putinin köməkçisi ilə danışıqlar aparıb

05-fevral-2026, 08:29
Makronun müşaviri Putinin köməkçisi ilə danışıqlar aparıb
Yazı Ölçüsü:

Fransa prezidenti Emmanuel Makronun əsas diplomatı Emmanuel Bonn ötən gün Moskvada olub və rusiyalı rəsmilərlə danışıqlar aparıb.

"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" müxtəlif mənbələrə istinadən məlumat yayıb.

Birinci mənbə bildirib ki, 2019-cu ildən Makronun diplomatik şöbəsinə rəhbərlik edən Emmanuel Bonn Kremlin rəsmiləri ilə görüşüb.

İki digər mənbə isə qeyd edib ki, təşəbbüs barədə müttəfiqlər məlumatlandırılıb və Bonn Rusiya prezidenti Vladimir Putinin baş köməkçisi Yuri Uşakovla danışıqlar aparıb.

Daha əvvəl Emmanuel Makron jurnalistlərə açıqlamasında Vladimir Putinlə dialoqun bərpası üçün səylərin göstərildiyini bildirmişdi.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031