6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Paşinyan bir daha İlham Əliyevə təşəkkür etdiyini açıqlayıb

29-yanvar-2026, 14:10
Paşinyan bir daha İlham Əliyevə təşəkkür etdiyini açıqlayıb
Yazı Ölçüsü:

“Mən də Azərbaycan prezidentinə təşəkkürümü bildirmişəm”.

"PostMedia" xəbər verir ki, bunu yanvarın 29-da jurnalistlərlə söhbətində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan prezidenti Vaaqn Xaçatryan da Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmişdi.

Paşinyan bildirib ki, o, bir sıra qərarlara görə açıq şəkildə minnətdarlığını ifadə edib.

“Məsələn, taxıl və dizel yanacağı Azərbaycandan keçən ərazi vasitəsilə Ermənistana çatdırılır. Yollar da açılır. Mən hesab etmirəm ki, buna görə Azərbaycanı tənqid etməliyik, üstəlik, qınamalıyıq”, – deyə hökumət başçısı vurğulayıb.

Paşinyan bir daha qeyd edib ki, Qarabağ hərəkatı davam etməməlidir. “Baş nazir kimi mən bu siyasətə sadiqəm və onu həyata keçirməyə davam edəcəyəm. Əgər vətəndaşlar bu siyasətlə razı deyillərsə, onları küçələrə çıxmağa və inqilab həyata keçirməyə çağırıram”, – deyə o əlavə edib.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031