6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Hakan Fidan: "ABŞ-nin İrana hücumu doğru olmaz"

28-yanvar-2026, 14:26
Hakan Fidan: "ABŞ-nin İrana hücumu doğru olmaz"
Yazı Ölçüsü:
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin İrana hücumunun “səhv” olacağını bildirib və Vaşinqtonla Tehrana problemləri diplomatik yollarla, mərhələli şəkildə həll etməyə çağırıb.
"PostMedia" xəbər verir ki, bu barədə o, "Al Jazeera"yə müsahibəsində danışıb.
H.Fidan, ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirdiyi və İranla gərginliyin kəskin artdığı bir vaxtda regional əməkdaşlığın vacibliyini vurğulayıb.
“Yenidən müharibəyə başlamaq doğru deyil”, – deyə o qeyd edib.
Xatırladaq ki, ABŞ daha əvvəl Fars körfəzinə aviadaşıyıcı zərbə qrupu göndərib, prezident Donald Tramp isə ötən ilin iyununda baş vermiş 12 günlük qarşıdurmadan sonra İrana qarşı yeni hücumlarla hədələməyə davam edir.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930