6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Türkiyə və ABŞ prezidentləri telefonla danışıb

28-yanvar-2026, 01:05
Türkiyə və ABŞ prezidentləri telefonla danışıb
Yazı Ölçüsü:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
"PostMedia" xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, telefon danışığı zamanı Türkiyə–ABŞ ikitərəfli münasibətləri, Suriyadakı son hadisələr, Qəzza üzrə Sülh Şurası məsələsi, xüsusilə müdafiə sənayesi sahəsində ticarət əlaqələri, eləcə də regional və qlobal proseslər müzakirə olunub.
Prezident Ərdoğan bildirib ki, Ankara Türkiyə və ABŞ arasında əməkdaşlığın inkişafı istiqamətində addımlar atmağa davam edəcək, çünki münasibətlərin bütün sahələrdə irəliləməsi hər iki ölkənin ümumi maraqlarına cavab verir.
Dövlət başçısı vurğulayıb ki, Türkiyə qonşu Suriyada atəşkəs razılaşmasının tam icrasına və inteqrasiya prosesinə böyük önəm verir. Onun sözlərinə görə, Ankara bu prosesi ABŞ və Suriya hakimiyyətləri ilə koordinasiya şəklində diqqətlə izləyir.
Prezident Ərdoğan həmçinin Qəzza üzrə Sülh Şurasının səmərəli fəaliyyət göstərəcəyinə ümid etdiyini bildirib. O qeyd edib ki, Qəzzada humanitar fəlakətin dayandırılması və bölgənin bərpası Yaxın Şərqdə dayanıqlı sülhə aparan yolu aça bilər.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930