6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Yaponiyada parlament buraxılıb, növbədənkənar seçkilər keçiriləcək

19-yanvar-2026
Yaponiyada parlament buraxılıb, növbədənkənar seçkilər keçiriləcək
Yazı Ölçüsü:
Yaponiyanın baş naziri Sanae Takaici fevralın 8-nə növbədənkənar parlament seçkiləri təyin edəcəyini açıqlayıb. Məqsəd dövlət xərclərinin artırılması, vergilərin azaldılması və Yaponiyanın müdafiə qabiliyyətinin gücləndirilməsini sürətləndirəcək yeni təhlükəsizlik strategiyası ilə bağlı seçicilərin dəstəyini almaqdır.
"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
“Bu seçkilərdə mən baş nazir kimi siyasi gələcəyimi riskə atıram. İstəyirəm ki, ictimaiyyət özü qərar versin — ölkəni idarə etmək məsələsində mənə etibar edirmi, yoxsa yox”, — deyə Takaici bildirib։
Növbədənkənar seçkilər parlamentin aşağı palatasındakı bütün 465 yer üçün keçiriləcək və oktyabr ayında Yaponiyanın ilk qadın baş naziri seçildikdən sonra Takaici üçün ilk ciddi seçki sınağı olacaq.
Bu seçkilərin keçirilməsi baş nazirə hazırda mövcud olan yüksək ictimai dəstəkdən istifadə etməyə, hakim Liberal-Demokrat Partiyası daxilində mövqelərini möhkəmləndirməyə və koalisiyanın kövrək çoxluğunu gücləndirməyə imkan verəcək.
Kateqoriyalar

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031